"Zirə"nin sahibi humanistlik etdi, borc qalmadı, cərimə etmədi

26 Fevral 2020 10:55 Zirə 1 386
"Zirə"nin sahibi humanistlik etdi, borc qalmadı, cərimə etmədi

«Zirə» Premyer Liqanın son 3 turunda məğlubiyyətlə üzləşib.

Qəsəbə təmsilçisi «Sumqayıt», «Qarabağ» və «Keşlə» ilə görüşlərdə azarkeşlərini məyus edib.

Buna baxmayaraq, klubun fəxri prezidenti Orxan Məmmədov yenə də futbolçulara öz dəstəyini nümayiş etdirib.

Sportinfo.az-ın məlumatına görə, o, gözlənilənlərin əksinə, komanda üzvlərini cəzalandırmayıb.

Əksinə, Məmmədovun göstərişi ilə «qartallar»ın 2 aylıq maaş borcu qısa fasilələrlə ödənilib. Son turlardakı məğlubiyyətlərə görə heç bir cərimə kəsilməyib.

Digər Xəbərlər
Xəbər Lenti