Pis oynadı, yaxşı qazandı

4 Mart 2023 20:40 Zirə 345
Pis oynadı, yaxşı qazandı

“Şamaxı” bu dəfə Zirəni fəth etdi.

Hər halda avrokuboklar üçün mübarizə aparan komanda ilə səfərdə qazanılan bir xalın dəyəri böyükdür.

Əslində qonaqlar bəlkə də mövsüm ərzində ən pis oyunlarından birini keçirdi.

Tanıdığımız “Şamaxı” hətta məğlub olanda da məzmunlu oyunla yadda qalmağı bacarıb.

Amma bu dəfə onu görmədik. Meydan sahibləri imkan vermədi.

Lakin şans barədə eynisini demək olmaz.

Həmin gün sanki ilahi qüvvə “Şirlər”in xal qazanmasından yanaydı.

Hamidu Keyta ilk hissə hesabı açanda meydan sahiblərinin asan qəlbəsin gözləmək olardı.

Ancaq fasilədən sonra birandaca çərx tərsinə fırlanmağa başladı.

Qısa müddətdə bölgə klubundan gələn iki qol “Zirə”ni yenik duruma saldı.

İlk qol penaldan, ikinci qol isə heç özləri də bilmədi hardan gəldi.

Kamran Quliyev onda ayıldı ki, top onun önündədir. Toxunmasa belə qol gələcəkdi.

Əslində Mehdi Cənnətov topu tutmalı, yeni hücum üçün start ötürməsini verməliydi.

Müdafiəçinin tərs vuruşu bir andaca hər şeyi alt-üst etdi.

Oyuboyu rəqibə rahat oynamağa imkan verməyən “Zirə”li futbolçular çox asan qol vurmalarına mane olmadılar / şərait yaratdılar.

Rəşad Sadıqovun yetirmələri kuryoz qolun şokunu üzərindən tez atamasa, bir xal da əldən çıxa bilərdi.

Cəmi 6 dəqiqədən sonra maraqlı kombinasiya Nihad Quliyevin topu öz qapısından keçirməsi ilə yadda qaldı.

Hücumun gedişində xüsusi ilə Eldar Quliyevin daban pasını izləməyə dəyərdi. Gənc futbolçu qısa müddətdə parlamağa davam edir. Yəqin ki, növbəti turlardan onun əsas heyətinin dəyişməz üzvləri arasında görəcəyik.

Buraxılan ikinci qoldakı səhv hara, vurulan ikinci qoldakı hücum hara.

Elə “Zirə”nin qeyri-stabil çıxışında da mövqelər arasındakı səviyyə balansının ciddi fərqlənməsidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti