COP29

"Zirə"yə açılan medal yolu - "Neftçi" dönüş edə biləcəkmi?

29 Yanvar 2023 11:20 Zirə 1 250
"Zirə"yə açılan medal yolu - "Neftçi" dönüş edə biləcəkmi?

“Zirə” qış fasiləsindən yaxşı formada qayıdıb.

Komandanın ilk matçında göstərdiyi performans belə deməyə əsas verir.

“Sumqayıt”la görüşdə ilk 45 dəqiqəni məğlub durumda olan paytaxt klubu ikinci yarı geri dönüş edə bildi – 1:3.

Bu qələbə komandaya yeni imkanlar açmış oldu. Söhbət mümkün medal şansından gedir.

Qış fasiləsinə “Neftçi”dən 10 xal geridə yollanan Rəşad Sadıqovun yetirmələri üçün bürünc verən yerə geri qayıtmaq çətin görünürdü.

Amma son turdakı oyunlar və nəticələr “Zirə” adına pozitiv fikirlər yaradır. Buna kifayət qədər əsaslar var.

Əvvəla, xal fərqi artıq 10 yox, 7-dir.

Bu tur isə tərəflər üz-üzə gələcək. Növbəti qələbə fərqi 4-ə qədər endirə bilər.

“Ağ qaralar” hazırda xoş günlər keçirmir. “Sabah”la oyunda meydanda pərakəndə futbol oynayan “Neftçi” vardı.

Nə xətlərarası normal əlaqə, nə də diqqət çəkən oyun sistemi göründÜ. Sanki hər şey bağlanıb bəzi futbolçuların fərdi keyfiyyətlərinə. O da nə vaxt alınacaq Allah bilir. Bəlkə də heç vaxt.

Dərd bununla da bitmir. Əsas futbolçularından Mamadu Mbodc, Yusuf Laval və Qodsvey Donyo ilə yollar ayrılsa da yenilərin transferi hələ də gecikir. Heyətdə Eddi İsrafilov kimi ciddi itki var. Millinin üzvü zədəsini hələ tam sağaltmayıb.

Düzdü, “Zirə”nin də transferləri bir qədər gecikir. Amma fərq ondandır ki, Andelkoviç xaric, bütün heyət yerindədir.

Və ölkəmizə, baş məşqçi Rəşad Sadıqova yaxşı tanış olan Donald Geriye heyətə cəlb edilib. Haitili hazırda oynamağa hazır vəziyyətdədir.

Bundan başqa Kiyev “Dinamo”sundan transfer edilən Vladislav Kulaçın da komandaya güc qatacağı sirr deyil.

Gedişat zirəliləri növbəti dəfə medalçı olmağa aparır. Qalır prosesdən lazımınca istifadə etmək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"