"Turan" "Gənclər"i, "DH Volley" də "Azərreyl"i məğlub etdi

30 Yanvar 04:50 Voleybol 627
"Turan" "Gənclər"i, "DH Volley" də "Azərreyl"i məğlub etdi

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.

Burada "Gənclər" kollektivi "Xilasedici"yə 0:3 (18:25, 18:25, 14:25) hesabı ilə uduzub.

Qadınların çempionatında isə "Turan" "Gənclər"i 3:0 (25:20, 25:11, 25:17), "DH Volley" isə "Azərreyl"i 3:0 (25:13, 27:25, 25:15) hesabı ilə məğlub ediblər.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!