"Ordu" "Neftçi"ni, "Azərreyl" "Murov Az Terminal"ı üstələdi

29 Yanvar 05:00 Voleybol 424
"Ordu" "Neftçi"ni, "Azərreyl" "Murov Az Terminal"ı üstələdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə iki oyun təşkil olunub.

"Ordu" komandası "Neftçi"yə 3:1 (25:20, 20:25, 25:23, 25:22) hesabı ilə qalib gəlib. "Azərreyl" isə"Murov Az Terminal"ı 3:0 (25:21, 25:15, 27:25) hesabı ilə üstələyib.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

XI tura yanvarın 29-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti