Növbəti dəfə beynəlxalq oyuna təyinat aldı - Millimizin sabiq oyunçusu

05:00 Voleybol 73
Növbəti dəfə beynəlxalq oyuna təyinat aldı - Millimizin sabiq oyunçusu

Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.

Hazırda Azərbaycanın kişilərdən ibarət millisinin meneceri kimi çalışan Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq "Qalatasaray" (Türkiyə) – "Allianz MTV" (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

Oyunun baş hakimləri portuqaliyalı Nuno Maya və kiprli Andreas Daniil olacaq.

Yelena Parxomenko daha əvvəl CEV Kubokunun 1/16 final mərhələsinin "THY İstanbul" – "Avarca Menorca" (İspaniya) oyununda iş başında olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!