Yüksək Liqada X tur start götürdü: "Xilasedici" uddu, "Gənclər" yox

23 Yanvar 04:50 Voleybol 664
Yüksək Liqada X tur start götürdü: "Xilasedici" uddu, "Gənclər" yox

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında "Ordu" "Gənclər" kollektivini 3:0 (25:15, 25:18, 25:16) hesabı ilə üstələyib.

Ardınca isə "Xilasedici" "Murov Az Terminal" komandasından güclü olub - 3:0 (25:20, 25:20, 25:19)

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!