Azərbaycan Kubokunda bu komandalar çıxış edəcək

04:00 Voleybol 63
Azərbaycan Kubokunda bu komandalar çıxış edəcək

Qar voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan Kuboku keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Yarış yanvarın 24–25-də Şahdağ Turizm Mərkəzində təşkil olunacaq.

Turnirdə qadınlar arasında 5 ("Gəncə", "Azərreyl", "Milli", "Milli-2", "Qaraqaya"), kişilərdə isə 4 komanda ("Gənclər", "Qaraqaya", "Baku Fires", "Azərreyl") iştirak edəcək. Oyunlar dairəvi sistem üzrə keçiriləcək.

Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.

Qar voleybolu üzrə Azərbaycan çempionatı ilk dəfə ötən ilin yanvarında baş tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR