“Milliyə kimlərin cəlb olunacağı tam bəlli deyil”

20 Dekabr 2025 03:20 Voleybol 525
“Milliyə kimlərin cəlb olunacağı  tam bəlli deyil”

"Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin Avropa Liqasındakı bütün rəqibləri güclüdür".

Sportinfo.az xəbər verir ki, bunu "report" a açıqlamasında yığmanın hücumçusu Vüqar Bayramov deyib.

O, Avropada komandaların hər il inkişaf etdiyini vurğulayıb:

"Avropa Liqasındakı bütün rəqiblərimiz güclüdür. Ötən illə müqayisədə bu dəfə bizi daha çətin oyunlar gözləyir.

Amma indi konkret fikir bildirmək, hədəflərdən danışmaq tezdir. Çünki milliyə kimlərin cəlb olunacağı, rəqiblərin turnirdə hansı heyətlə çıxış edəcəyi tam bəlli deyil.

Avropa voleybolu həqiqətən çox güclüdür, komandalar hər il inkişaf edir. Həm özümüzə, həm də qadınlardan ibarət millimizə uğurlar arzulayıram".

Reytinqdə 38-ci pillədə yer alan kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan kollektivləri ilə üz-üzə gələcək.

Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları qazandırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…