Avropada azərbaycanlı mütəxəssisə etimad göstərdilər

10 Dekabr 2025 04:10 Voleybol 644
Avropada azərbaycanlı mütəxəssisə etimad göstərdilər

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya təyinat verib.

Sportinfo.az xəbər verir ki, o, kişilər arasında Çempionlar Liqasının qrup mərhələsində Polşa təmsilçiləri "Varta Zaverçe" və "Resoviya" komandalarının qarşılaşmasında iştirak edəcək.

Nərgiz İsmayılova dekabrın 10-da Polşada baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.

Qarşılaşmanın hakimləri ukraynalı Mixail Medved və polşalı Matsey Tvardovski olacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu