Azərbaycan Yüksək Liqasında bəzi oyunlar təxirə salındı - SƏBƏB NƏDİR?

9 Dekabr 2025 03:50 Voleybol 616
Azərbaycan Yüksək Liqasında bəzi oyunlar təxirə salındı - SƏBƏB NƏDİR?

Kişi və qadın voleybolçular arasında bu həftə keçiriləcək Azərbaycan Yüksək Liqasının oyunlarının proqramında müəyyən dəyişikliklər edilib.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, qadınların Yüksək Liqasında dekabrın 11-də keçirilməsi nəzərdə tutulan VI turun “Murov Az Terminal” - “Abşeron” qarşılaşması təxirə salınıb.

Həmin gün saat 16:00-da başlanmalı olan “Gənclər” - UNEC oyunu isə 18:00-da start götürəcək.

Kişilərin Yüksək Liqasında dekabrın 13-də keçiriləcək VI turun “Xilasedici” - “Gənclər” oyununun start vaxtında dəyişiklik olunub. Bu qarşılaşma saat 14:00-da deyil, 16:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu