Axundov Yunanıstan və Rumıniya komandalarının oyununda

25 Noyabr 2025 04:20 Voleybol 541
Axundov Yunanıstan və Rumıniya komandalarının oyununda

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından bildirilib.

F.Axundov qadın voleybolçular arasında Çelenc Kubokunda "Panionios" (Yunanıstan) və "CSM Korona" (Rumıniya) komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.

Matçda ikinci hakim kimi makedoniyalı Vlatka Ristovski fəaliyyət göstərəcək.

Oyun noyabrın 25-də Yunanıstada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti