Azərbaycan klubu rumınları uddu, növbəti mərhələyə yüksəldi - Çelenc Kubokunda

21 Noyabr 2025 04:20 Voleybol 612
Azərbaycan klubu rumınları uddu, növbəti mərhələyə yüksəldi - Çelenc Kubokunda

Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, FHN-in idman zalında Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İlk matçı rəqib komanda 3:0 hesabı ilə üstün başa vurduğundan qalibi müəyyənləşdirmək üçün "qızıl set"ə ehtiyac duyulub. Həlledici seti 15:13 hesabı ilə xeyrinə başa vuran "Xilasedici" 1/16 finala yüksəlib.

Azərbaycan təmsilçisi növbəti mərhələdə Belçikanın "Lindemans" klubu ilə qarşılaşacaq. İlk oyun 2026-cı il yanvar 7-də səfərdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti