EEVZA çempionatındakı oyunlarının vaxtı bəlli oldu - Azərbaycanın U-18 millisinin

20 Noyabr 2025 04:10 Voleybol 552
EEVZA çempionatındakı oyunlarının vaxtı bəlli oldu - Azərbaycanın U-18 millisinin

Noyabrın 20-23-ü aralığında Latviyanın Dauqavpils şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək Azərbaycanın U-18 millisinin oyunlarının vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

B qrupunda yer alan yığma noyabrın 20-də, Bakı vaxtı ilə saat 17:00-da Estoniya ilə üz-üzə gələcək.

Komanda noyabrın 21-də, eyni saatda Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti