"Uşaqlar dərs çıxarmalı, öyrənməlidirlər" - Azərbaycan millisinin baş məşqçisi

7 Oktyabr 2025 04:40 Voleybol 742
"Uşaqlar dərs çıxarmalı, öyrənməlidirlər" - Azərbaycan millisinin baş məşqçisi

"Güclü komandalarla mübarizə aparan voleybolçularımın gələcəyinə inamım çoxdur".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisinin baş məşqçisi Cahangir Seyed Abbasi bildirib.

"Təəssüflər olsun ki, rəqiblərimiz Türkmənistan və Tacikistan bu yarışa gəlmədilər. Ona görə oyunlar dairəvi şəkildə keçirildi.

Əslində, biz Belarus, Rusiya və Özbəkistanla heç oynamamalıydıq. Belə olduğuna görə onlarla oynadıq.

Təəssüf ki, məğlub olaraq dördüncü yerdə qərarlaşdıq. Yenə də ruhdan düşməməliyik. Güclü rəqiblərlə oynamışıq.

Bu cür komandalarla oynamaq bizə böyük təcrübə oldu. Uşaqlar dərs çıxarmalı, öyrənməlidirlər. Komandamızın ilk beynəlxalq yarışı idi.

15-16 ay öncə voleybol oynamağa başlayan idmançılar belə oyun sərgilədilər. Bu səbəbdən bu uşaqların gələcəyinə inanıram", - baş məşqçi deyib.

Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi lll MDB Oyunlarında sonuncu qarşılamada Belarus millisinə 1-3 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…