Avropa çempionatının püşkatma mərasimi keçiriləcək - Bizdən ora kim gedəcək?

3 Oktyabr 2025 04:30 Voleybol 703
Avropa çempionatının püşkatma mərasimi keçiriləcək - Bizdən ora kim gedəcək?

Oktyabrın 4-də final mərhələsi 2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

Püşkatma mərasimi şənbə günü Bari şəhərində baş tutacaq. Tədbirdə AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millinin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.

Yarışın biletləri bu il noyabrın 7-də satışa çıxacaq.

Avropa çempionatı 2026-cı ildə 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Höteborq (İsveç) şəhərlərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…