Azərbaycan yığmasının kapitanı: "Əsas hədəfimiz çempionluqdur"

1 Oktyabr 2025 03:50 Voleybol 693
Azərbaycan yığmasının kapitanı: "Əsas hədəfimiz çempionluqdur"

“Bu bizim birinci oyunumuz idi. Azarkeşlərimiz bizə böyük dəstək göstərdi”.

Sportinfo.azxəbər verir ki, bunu 15 yaşadək qızlardan ibarət Azərbaycanın voleybol millisinin kapitanı Çinarə Rəhimova III MDB Oyunlarının B qrupunda Tacikistan yığmasını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qələbəyə görə sevindiyini söyləyib:

“Ümid edirəm ki, növbəti oyunlarda da uğurlu nəticə əldə edə biləcəyik. Bizim hazırlığımız yaxşı keçib.

Bu qələbədə məşqçilərin çox böyük əməyi var. Əsas hədəfimiz çempionluqdur. Əslində, top daha çox bizdə oldu.

Buna baxmayaraq hər iki tərəfin müəyyən səhvləri oldu. Bəlkə də, sözügedən səhvlər həyəcandan irəli gəlirdi”.

Azərbaycan millisi növbəti oyununu oktyabrın 3-də Özbəkistana qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…