Yığmanın baş məşqçisi: "Güclü komandalarla oynamaq bir şansdır"

1 Oktyabr 2025 03:30 Voleybol 590
Yığmanın baş məşqçisi: "Güclü komandalarla oynamaq bir şansdır"

"Güclü komandalarla oynamaq bir şansdır".

Sportinfo.az xəbər verir ki, bunu 17 yaşadək oğlanlardan ibarət voleybol millisinin baş məşqçisi Cahangir Seyed Abbasi bildirib.

"Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi Qırğızıstan seçməsi ilə görüşdə birinci setdə normal oynadı. İkinci və üçüncü setdə stress var idi.

Rəqib təcrübəlidir. Üçüncü set uzansa da, bizim uşaqlar oyunu nəzarətdə saxlaya bildilər, qalib gəldik. Bu, çox önəmli məsələdir", - baş məşqçi deyib.

O, daha güclü komandalarla oynamaq üçün şans qazandıqlarını vurğulayıb:

"Komandamız bu yarışlarda ən gənc komandadır. Oyunçularımızın çoxu 2009-cü il təvəllüdlüdür.

Təbii ki, bu uşaqlar yeni meydançalar görməli, təcrübə qazanmalıdırlar. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı oyun göstərəcəyik.

Voleybol Federasiyasına da bizə verdiyi dəstəyə görə təşəkkür edirəm".

III MDB Oyunlarında mübarizəyə start verən Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi Qırğızıstan seçməsini 3:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…