Növbəti qələbəsini qazanan "DH Volley" bu dəfə "Abşeron"u sınağa çəkəcək

13:30 Voleybol 731
Növbəti qələbəsini qazanan "DH Volley" bu dəfə "Abşeron"u sınağa çəkəcək

Voleybol üzrə qadınlar arasında keçirilən Yüksək Liqanın 9-cu turunda "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, matç "DH Volley"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb: 25:23, 25:17, 25:21.

Hazırda turnir cədvəlində "Turan" 24 xalla birinci, "DH Volley" isə 18 xalla ikinci yerdə qərarlaşıb.

Fərid Cəlalovun baş məşqçisi olduğu komandanın növbəti matçı yanvarın 22-də keçiriləcək. AVF-nin idman zalında oynanılacaq "Abşeron" - "DH Volley" görüşü saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 15:40 Atasının balası - VİDEO