Bu komandada daha 4 nəfər koronavirusa yoluxdu

2 Dekabr 2020 20:20 Türkiyə 961
Bu komandada daha 4 nəfər koronavirusa yoluxdu

"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən "Sivasspor"da 4 nəfər koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, onlardan ikisi futbolçu, ikisi isə texniki heyətin üzvləridir.

Testləri müsbət çıxan şəxslər dərhal karantinə alınıb. Daha əvvəl bölgə təmsilçisində bir neçə oyunçunun testi müsbət olub.

"Sivasspor" V turda evdə İspaniya "Vilyarreal"ını qəbul edəcək. Qarşılaşma dekabrın 3-də Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. "Qarabağ" III və IV turda "Sivasspor"a müvafiq olaraq 0:2 və 2:3 hesabları ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR