Azərbaycan yığmasının sabiq çalışdırıcısı təzminat almayacaq

1 Dekabr 2020 23:00 Türkiyə 455
Azərbaycan yığmasının sabiq çalışdırıcısı təzminat almayacaq

“Dənizlispor”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Kenan Atık çalışdıracaq.

Bu barədə klub prezidenti Ali Çetin məlumat verib. O, komandanın məşqçilərindən olan bu mütəxəssisə baş məşqçi kimi özünü sınamaq imkanı yaratdıqlarını bəyan edib.

“Dənizlispor”u bu mövsümün əvvəlindən Robert Prosineçki çalışdırırdı. Lakin uğursuz nəticələrə görə Azərbaycan yığmasının sabiq çalışdırıcısı ilə yollar ayrılmışdı.

Ali Çetin xorvat mütəxəssisə heç bir təzminat ödənilməyəcəyini də açıqlayıb.

“Dənizlispor” 9 oyuna topladığı 6 xalla 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"