Super Liqa klubunda yeni baş məşqçi təyinatı

29 Noyabr 2020 15:40 Türkiyə 570
Super Liqa klubunda yeni baş məşqçi təyinatı

"Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Fuat Çapa çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq Super Liqanın digər təmsilçisi “Ankaragücü”nü çalışdıran Fuat Çapa, 2010/11 və 2019/20 mövsümlərində də “Kasımpaşa”ya rəhbərlik edib. Bir sözlə bu, onun sözügedən kluba üçüncü qayıdışıdır.

52 yaşlı mütəxəssis daha öncə “Əskişəhərspor”, “Boluspor”, “Antalyaspor”, “Kayseri Erciyesspor” və “Gənclərbirliyi”nin də baş məşqçisi olub.

Mövsümə Mehmet Altıparmakla başlayan “Kasımpaşa” bir müddət öncə onu istefaya göndərmiş və İrfan Buzu baş məşqçi postuna gətirmişdi. Lakin Buz cəmi 14 günlük fəaliyyətindən sonra klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən istefa vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”