İstefaya göndərildi - Millimizin sabiq baş məşqçisi

25 Noyabr 2020 14:40 Türkiyə 650
İstefaya göndərildi - Millimizin sabiq baş məşqçisi

"Denizlispor" baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Xoruzlar" 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqadakı 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Denizlispor"a baş məşqçi təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!