6 futbolçu "Qarabağ"ı kənardan seyr edəcək

24 Noyabr 2020 00:42 Türkiyə 1 186
6 futbolçu "Qarabağ"ı kənardan seyr edəcək

"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən "Sivasspor"da koronavirusa yoluxan futbolçuların sayı növbəti dəfə artıb.

Sportinfo.az xəbər verir ki, komandanın daha bir futbolçusunun testi müsbət nəticə verib.

Beləliklə, "Sivasspor"da koronavirus aşkarlanan oyunçuların sayı 6-a çatıb.

Bundan əlavə, klubun 1 işçisinin testi də müsbət çıxıb. İndiyədək onların heç birinin adı açıqlanmayıb.

Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq.

İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti