"Qarabağ” önünə yaxşı “11-lik”lə çıxacağıq və onları məğlub etməliyik”

22 Noyabr 2020 17:00 Türkiyə 471
"Qarabağ” önünə yaxşı “11-lik”lə çıxacağıq və onları məğlub etməliyik”

“VAR hakimləri qərar verərkən yanılırlar. Son illər Hüseyn Göçəkin idarə etdiyi oyunlarda problem yaşayırıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Sivasspor”un prezidenti Məcnun Otyakmaz Türkiyə Super Liqasının X turunda “Fatih Karagümrük”lə keçirilən oyundan (1:1) sonra hakimlər barədə tənqidi fikirlər səsləndirərkən deyib.

Klub rəhbəri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək görüş barədə də danışıb. O, bu turnirdə uğurlu nəticələr hədəflədiklərini vurğulayıb:

“Avropa Liqası oyunları və koronavirus pandemiyası səbəbindən “Fatih Karagümrük” önünə problemlərlə çıxmışdıq. Qarşıdakı çətin matçlar olacaq və heyətdə itkilərimiz var. Böyük uğurları hədəfləyirsinizsə, bu çətinlikləri aşmalısınız.

Gələn həftə “Qarabağ”la üz-üzə gələcəyik. Heyətdəki əskiklərə baxmayaraq, “Qarabağ” önünə yaxşı “11-lik”lə çıxacağıq. “Makkabi” ilə matçın final görüşü olması üçün “Qarabağ”ı məğlub etməliyik”.

“Qarabağ” – “Sivasspor” oyunu noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti