Kapitanın belinə iynə vuruldu, 4 gündür ayağa qalxa bilmir

17 Noyabr 2020 15:00 Türkiyə 454
Kapitanın belinə iynə vuruldu, 4 gündür ayağa qalxa bilmir

Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ"la matçından əvvəl "Sivasspor" heyətlə bağlı növbəti problemlə üzləşib.

Bu barədə komandanın baş məşqçisi Rıza Çalımbay yerli mətbuata açıqlama verib.

57 yaşlı mütəxəssis vitse-kapitan Hakan Arslanın zədələndiyini bildirib. O, 32 yaşlı müdafiəçinin belinə iynə vurulduğunu və bu səbəbdən, 4 gündür ayağa qalxa bilmədiyini sözlərinə əlavə edib.

Daha əvvəl "Sivasspor"un 3 futbolçusunda koronavirus aşkarlanıb.

İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Hakan Arslan III turda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda komandanı meydana kapitan kimi çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti