"Xəzər Lənkəran"ın italyan sabiq məşqçisi Azərbaycanı... FOTO

9 Noyabr 2020 14:40 Türkiyə 674
"Xəzər Lənkəran"ın italyan sabiq məşqçisi Azərbaycanı... FOTO

"Neftçi" və "Xəzər Lənkəran"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Canni Melkiorre Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi uğurlara biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, Şuşanın işğaldan azad olunması ilə bağlı özünün feysbuk səhifəsində paylaşım edən italiyalı mütəxəssis xalqımızı təbrik edib.

"Həyatımın vacib və unudulmaz illərini keçirdiyim Azərbaycanı, oradakı insanları və bu gözəl ölkədəki çoxsaylı dostlarımı torpaqların azad olunması münasibətilə təbrik edirəm. Gələcəkdə onlara xoşbəxtlik, sevgi, xüsusilə də sülh arzulayıram", - o bildirib.

Canni Melkiorre "Neftçi" və "Xəzər Lənkəran"la yanaşı, Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR klublarında da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!