Azərbaycanlı futbolçunun 3 komanda yoldaşı koronavirusa yoluxdu

6 Noyabr 2020 18:40 Türkiyə 556
Azərbaycanlı futbolçunun 3 komanda yoldaşı koronavirusa yoluxdu

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor"da koronavirusa 6 yoluxma halı aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, yoluxanlardan 3-nün futbolçu olduğu açıqlanıb. Digərləri isə Bolu təmsilçisinin işçiləridir.

Klub həmin şəxslərin müalicəsinə başlanıldığını bildiriib.

Azərbaycan yığması noyabrın 11-də Sloveniya ilə yoldaşlıq, noyabrın 14-də və 17-də müvafiq olaraq Monteneqro ilə Lüksemburq yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları keçirəcək. Hələlik millinin heyəti açıqlanmadığından, Araz Abdullayevin qarşıdakı görüşlərə çağırılıb-çağırılmayacağı bilinmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR