Radamel Falkaodan "Qalatasaray"a MƏYUSEDİCİ XƏBƏR

6 Noyabr 2020 12:30 Türkiyə 439
Radamel Falkaodan "Qalatasaray"a MƏYUSEDİCİ XƏBƏR

"Qalatasaray" ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın hücumçusu Radamel Falkao sıradan çıxıb.

Bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Bildirilir ki, kolumbiyalı forvard komandasının bugünkü məşqində sağ ayağında ağrı hiss edib. Bu səbəbdən o, məşqi tamamlaya bilməyib.

Oyunçunun son durumu sabah tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək.

"Qalatasaray" Türkiyə Super Liqasının VIII turunda noyabrın 8-i "Sivasspor"un qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti