"Sivasspor"un prezidenti: "Qarabağ"la növbəti matçda da qələbə istəyirik"

6 Noyabr 2020 00:50 Türkiyə 398
"Sivasspor"un prezidenti: "Qarabağ"la növbəti matçda da qələbə istəyirik"

“Əvvəlki matçlarda daha yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Sivasspor”un prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin III turunda evdə “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

55 yaşlı funksioner Çempionlar Liqasının III turunda İngiltərə “Mançester Yunayted”ini 2:1 hesabı ilə məğlub edən “Başakşehir”i təbrik edib:

“Onların qələbəsi bizə motivasiya verdi. “Qarabağ”a qarşı növbəti matçda da qalib gəldikdən sonra İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”ni üstələyib qrupdan çıxmaq istəyirik”.

Qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə görə ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti