
Niderlandlı sabiq futbolçu Uesli Sneyder məşqçiliyə başlayır.
Sportinfo.az xəbər verir ki, o, “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin köməkçisi təyin edilə bilər.
Hasan Şaşın həmin vəzifədən ayrılmasının ardından İstanbul təmsilçisi sabiq futbolçularından birini komandaya gətirmək niyyətindədir. Siyahıda Sneyderlə yanaşı, vaxtıilə “Qalatasaray”da çıxış etmiş Mario Jardel və Yohan Elmanderin də adı var.
Son qərarın baş məşqçidə olduğu bildirilir. iUesli 2013-17-ci illərdə "sarı-qırmızılar”da oynayıb. O, komandada çıxış etdiyi 175 oyunda 45 qol vurub, 44 assist edib.