1,5 milyon avro təzminat ödəyəcək - “Beşiktaş”dan yeni transfer

10 Sentyabr 22:00 Türkiyə 115
1,5 milyon avro təzminat ödəyəcək - “Beşiktaş”dan yeni transfer

“Beşiktaş” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi “Kayserispor”dan Gökhan Sazdağını transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” 31 yaşlı sağ cinah müdafiəçisi üçün Super Liqa təmsilçisinə 1,5 milyon avro təzminat ödəyəcək. Türkiyə millisinin sabiq üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Gökhan Sazdağı 2021-ci ilin yayından “Kayserispor”da çıxış edirdi. Təcrübəli futbolçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində Super Liqada 3 matçın hər birində 90 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”
10 Sentyabr 02:00 "Neftçi"dən yeni satış