
Joze Mourinyo ilə yollarını ayıran “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, "sarı-lacivərdliləri" bundan sonra təcrübəli italiyalı mütəxəssis Domeniko Tedesko çalışdıracaq.
Tedesko son olaraq Belçika millisinin baş məşqçisi olub.
İstanbul təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya məğlub olduqdan sonra klub rəhbərliyi Joze Mourinyo ilə yolları ayırmaq qərarına gəlmişdi.