“Qalatasaray” üçün görün nə qədər adam gəlir

17 Mart 2023 19:40 Türkiyə 1 379
“Qalatasaray” üçün görün nə qədər adam gəlir

“Qarabağ” – “Qalatarsay” oyunu Azərbaycanda olduğu kimi, qardaş Türkiyədə də səbrsizliklə gözlənilir.

Türkiyəli futbolsevərlər Bakıya səfər etmək üçün plan cızır, təyyarə və otel biletləri ilə maraqlanır.

Novruz bayramından sonra Bakıya fanat axını olacaq.

Əldə etdiyimiz bilgiyə görə, Türkiyədən və digər ölkələrdən 2 minə yaxın “cim-bom” azarkeşi ölkəmizə səfər edəcək. Bu günə olan məlumat qeyd etdiyimiz rəqəmdir. Qarşıdakı günlərdə sayın bir qədər də artacağı sirr deyil.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadədən məlumat almağa çalışdıq. Klubun sözçüsü bu barədə onlarda hər hansı bilgi olmadığını diqqətə çatdırdı.

Qeyd edək ki, yoldaşlıq-qardaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"