"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Famaliçao" klubunun yarımmüdafiəçisi Qustavo Assunçaonu rənglərinə bağlayıb.
21 yaşlı braziliyalı oyunçu mövsümün sonuna kimi icarəyə götürülüb. Futbolçu bu gün İstanbulda olacaq.
Qustavo Assunçao Madrid "Atletiko"sunun yetirməsidi. O, 2019-cu ilin yayında "Farmaliçao"ya transfer olub.
Gənc yarımmüdafiəçi son mövsümdə Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 28 oyunda bir qolla yadda qalıb. Assunçao Braziliyanın U-21 millisinin üzvüdü.