Kolumbiyalı Premyer Liqanı Türkiyə klubuna dəyişəcək?

6 Sentyabr 2021 01:24 Türkiyə 1 034
Kolumbiyalı Premyer Liqanı Türkiyə klubuna dəyişəcək?

"Everton"un yarımmüdafiəçisi Xames Rodriqes karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Başakşəhər" 30 yaşlı oyunçu ilə maraqlanır.

Türkiyə klubunun 2021/22 mövsümünün sonuna qədər kolumbiyalı futbolçunu icarəyə götürməyə hazır olduğu bildirilir.

X.Rodriqes ötən mövsüm "Everton"da 26 oyuna çıxıb, 6 qol vurub və 9 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!