Terim "Qalatasaray"ı yenidən qurur - 16 futbolçu getdi

6 Sentyabr 2021 00:00 Türkiyə 1 010
Terim "Qalatasaray"ı yenidən qurur - 16 futbolçu getdi

Bu yay heyəti gəncləşdirən və 10 yeni oyunçu transfer edən "Qalatasaray" digər tərəfdən də heyətində "təmizlik" işlərini davam etdirir.

Sportinfo.az xəbər verir ki, İstanbu klubu bu yay ümumilikdə 16 futbolçunu yola salıb.

Onlardan 9-u müqaviləsi başa çatan və ya ötən mövsüm icarə əsasında oynayıb klublarına dönən oyunçulardır. Bundan başqa ötən mövsüm əsas komandada forma geyinmiş 7 futbolçu icarəyə verilib.

Komandadan ayrılanlar:

1. Rayan Donk (Kasımpaşa, Türkiyə)
2. Martin Linnes (Molde, Norveç)
3. Şener Özbayraklı (Başakşəhər, Türkiyə))
4. Marselo Saraççi (Leystpiq, Almaniya)
5. Henri Onyekuru (Monako, Fransa)
6. Gedson Fernandes (Benfika, Portuqaliya)
7. Oqenekaro Etebo (Uatford, İngiltərə)
8. Radamel Falkao (Rayo Vallekano, İspaniya)
9. Cimmi Durmaz (Karagümrük, Türkiyə))

İcarəyə verilənlər:

1. Okan Kocuk (Giresunspor, Türkiyə)
2. Emre Akbaba (Alanyaspor, Türkiyə)
3. Emre Taşdemir (Giresunspor,Türkiyə)
4. Valentin Ozornvafor (Şarlue, Belçika)
5. Jesse Sekidika (Luven, Belçika)
6. Ali Yavuz Kol (Keçiörengücü, Türkiyə)
7. Yunus Akgün (Adana Dəmirspor, Türkiyə)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!