"Qalatasaray" futbolçunu sabiq klubuna icarəyə verdi

4 Sentyabr 2021 15:40 Türkiyə 1 085
"Qalatasaray" futbolçunu sabiq klubuna icarəyə verdi

"Qalatasaray" yarımmüdafiəçi Əmrə Akbabanı icarəyə verib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu "Alanyaspor"a keçib.

Yarımmüdafiəçi 2021-2022-ci il mövsümünü icarə əsasında Alanya təmsilçisinin heyətində keçirəcək.

Əmrə Akbaba "Qalatasaray"a 2018-ci ildə "Alanyaspor"dan transfer olub. O, "cim bom"un heyətində meydana çıxdığı 73 oyunda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!