"Fənərbağça" ilə anlaşdılar - Almaniyalı hücumçu və yarımmüdafiəçi

3 Sentyabr 2021 10:20 Türkiyə 996
"Fənərbağça" ilə anlaşdılar - Almaniyalı hücumçu və yarımmüdafiəçi

"Fənərbağça" heyətini iki yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Avstriya "Zaltsburq"unun hücumçusu Mergim Berişa və Almaniyanın "Köln" komandasının yarımmüdafiəçisi Maksimilan Mayerlə anlaşıb.

Hər iki oyunçu tibbi müayinədən keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq.

Avstriyada LASK və "Altax" komandalarının da formasını geyinən Berişa ölkəsində isə "Maqdeburq"un şərəfini qoruyub. Karyerası ərzində 170 oyun keçirən 23 yaşlı forvard 70 qol vurub və 38 məhsuldar ötürmə verib.

26 yaşlı Mayer isə ölkəsinin "Şalke" və İngiltərənin "Kristal Pelas" klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı