Türkiyəyə son saniyə ŞOKu! - VİDEO

2 Sentyabr 2021 02:00 Türkiyə 1 606
Türkiyəyə son saniyə ŞOKu! - VİDEO

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, qardaş ölkə təmsilçisi IV turda Monteneqro ilə qarşılaşıb.

G qrupunun lideri olan Şenol Günəşin yetirmələri xal itkisi ilə üzləşib. “Ay-ulduzlular”ın heyətində Çengiz Ündərlə Yusuf Yazıçı ilk 45 dəqiqədə rəqib qapısına yol tapıb.

Adam Marusiç fasilə ərəfəsində fərqi minimuma endirib. Balkanlılar Risto Radunoviçin uzatma dəqiqələrindəki qolu ilə məğlubiyyətdən qaçıb. Xal hesabını 8-ə çatdıran Türkiyə millisi qrupun vahid lideridir.

Türkiyəlilər sentyabrın 4-də Cəbəllütariq, 7-də Niderlandla görüşəcək. Hər iki matç səfərdə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti