Türkiyə klubu məşhur baş məşqçi ilə 2 illik anlaşdı

2 Sentyabr 2021 00:00 Türkiyə 1 027
Türkiyə klubu məşhur baş məşqçi ilə 2 illik anlaşdı

"Adana Demirspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Samet Aybabanın istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Vinçenzo Montella təyin olunub.

İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

"Adana Demirspor" Türkiyə Superliqasında keçirdiyi 3 matçın heç birində qələbə qazana bilməyib.

Montella daha əvvəl "Fiorentina", "Sevilya", "Milan", "Sampdoriya", "Roma" kimi klubları çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti