GÜNÜN OLAYI: Dünya ulduzu “Qalatasaray”dan ayrıldı, İspaniyaya getdi

1 Sentyabr 2021 10:40 Türkiyə 1 614
GÜNÜN OLAYI: Dünya ulduzu “Qalatasaray”dan ayrıldı, İspaniyaya getdi

Radamel Falkaonun “Qalatasaray”la müqaviləsinə xitam verilib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı kolumbiyalı karyerasını İspaniyada davam etdirəcək.

O, “Rayo Valekano” ilə anlaşıb. Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.

Falkao ilə iki illik müqavilə bağlanıb. Kolumbiyalı “Qalatasaray”da 2019-cu ilin yayından çıxış edirdi. O. Türkiyədə 43 oyunda meydana çıxıb, 20 qol vurub, 3 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!