Amerikadan məşhur hücumçu gətirir – “Fənərbaxça”

31 Avqust 2021 21:40 Türkiyə 1 042
Amerikadan məşhur hücumçu gətirir – “Fənərbaxça”

“Los-Anceles”in hücumçusu Dieqo Rossi karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Spotinfo.az xəbər verir ki, uruqvaylı futbolçunu “Fənərbaxça” transfer etməyə yaxındır.

23 yaşlı hücumçunun bazar qiyməti 18 milyon avrodur.

“Fənər”in ona görə nə qədər ödəyəcəyi bəlli deyil, amma danışıqların son mərhələdə olduğu bildirilir.

Rossi MLS-ə 2018-ci ildə “Penyarol”dan keçib. O, bu klubun yetirməsi sayılır. Həmin vaxt ona görə 2,5 milyon avro ödənilmişdi.

O, MLS-də keçirdiyi 121 oyunda 59 qol vurub, 22 qol ötürməsi edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti