“Qarabağ”ın sabiq legioneri Türkiyədə mükafatlandırıldı

31 Avqust 2021 12:00 Türkiyə 1 386
“Qarabağ”ın sabiq legioneri Türkiyədə mükafatlandırıldı

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, hazırda “Sivasspor”da çıxış edən yarımmüdafiəçi feyr-pley mükafatı alıb.

O, Super Liqanın 3-cü turunun “Göztəpə” ilə matçından (2:2) əvvəl mükafatına qovuşub.

Enrike “Kayserispor”da çıxış etdiyi vaxtlarda bir gün məşqdən evə qayıdarkən zibilxanadan yemək axtaran ana və uşaq görüb. Bundan sonra o, özü üçün aldığı ərzaqları həmin ana və uşağa verib.

Türkiyə Milli Olimpiya Komitəsi Enrikeyə bu davranışına görə feyr-pley mükafatı verib.

Pedro Enrike 2017/18 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edib. O, 2019-cu ildə müqavilə ilə məxsus olduğu PAOK-dan “Kayserispor”a transfer olunmuşdu. Yarımmüdafiəçi bu yay “Sivasspor”a keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti