“Beşiktaş” Almaniya klubundan CAN(ı) aldı

29 Avqust 2021 15:20 Türkiyə 1 100
“Beşiktaş” Almaniya klubundan CAN(ı) aldı

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi gənc yarımmüdafiəçi Can Bozdoğanı heyətinə qatıb.

Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. Almaniyadan - “Şalke”dən icarəyə götürülmüş 20 yaşlı futbolçu, mövsümün sonuna qədər İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.

Bozdoğan “Şalke”nin öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında da forma geyinməyə başlayıb.

Yarımmüdafiəçi Almaniya vətəndaşlığını daşıdığından, bu ölkənin U-15, U-16, U-17, U-18 və U-20 yığmalarında da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti