“Qalatasaray” 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzaladı

28 Avqust 2021 01:38 Türkiyə 1 665
“Qalatasaray” 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzaladı

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Rumınyanın “Styaua” klubundan Olimpiu Morutanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Morutan 2018-ci ildən “Styaua”da çıxış edirdi. “Qalatasaray” bu keçidə görə sözügedən kluba 3.5 milyon avro ödəniləcəyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!