“Fənərbaxça” Aleksis Sançesi “İnter”dən transfer edir?

27 Avqust 2021 22:00 Türkiyə 1 394
“Fənərbaxça” Aleksis Sançesi “İnter”dən transfer edir?

“İnter”in forvardı Aleksis Sançes karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, çilili hücumçuyla “Fənərbaxça” yaxından maraqlanır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbaxça” Sançesi icarəyə götürmək üçün “İnter”lə danışıq aparır.

Karyerası ərzində “Barselona”, “Arsenal”, “Mançester Yunayted” kimi klublarda çıxış edən 32 yaşlı futbolçunun “İnter”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti