“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov yenidən Türkiyədən dəvət alıb.
Bu barədə Sportinfo.az-a gənc çalışdırıcının özü bildirib.
Onun sözlərinə görə, bu təklif “Antalyaspor”da fəaliyyət göstərən həmkarı Ersun Yanaldan gəlib:
“Bilirsiz ki, mən “Antalyaspor”un Erzurum toplanışında iştirak etmişəm. 10 gün orada qaldım, hazırlıq prosesini yaxından izlədim.
Indi isə Yanal məni yenidən Türkiyədə görmək istəyir. Dəvət göndərib ki, “Antalyaspor”un Super Liqada keçirdiyi oyunlarda olum.
Deyim ki, artıq təklifi qəbul etmişəm. yaxınlarda Türkiyəyə getməyi planlaşdırıram. Yanaldan öyrənə biləcəyim çox şey var.
Bu, mənim üçün gözəl fürsətdir, mütləq dəyərləndirməliyəm”.

