“Sportinfo TV”nin rədaktoru Elçin Cəfərov Türkiyə millsinin AVRO-2020-nin final mərhələsində uğursuz çıxış etməsinin səbəblərindan danışıb.
O, şərhçisi olduğu “CBC Sport”un “Türkiyədən futbol” verlişinin növbətu buraxılışında maraqlı faktın üstünü açıb.
Cəfərov “Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turanın yığmanın baş məşqçisi Şenol Günəşə təzyiq göstərdiyini bildirib.
Tanınmış telejurnalist Ardanın Şünəşə “Qalatasaray”lı Taylan Antalyalı ilə Kerem Aktürkoğlunu millidə niyə oynamaması ilə bağlı suallar verdiyini açıqlayıb. Deyib ki, Arda bunu Fatih Terimin diktəsi ilə edib.
Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels və İsveçrə - Türkiyə oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya - Danimarka matçına ev sahibliyi edib.
Sportinfo.az həmin süjeti təqdim edir:

