"Bursaspor"un yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, "timsahlar" Fatih Tekkeyə tapşırılıb.
44 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Mustafa Eri əvəzləyib.
Tekke 1997 - 2007-ci illərdə Türkiyə millisinin formasını geyinib. Keçmiş hücumçu yığmanın heyətində 32 oyuna 9 qol vurub.
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov avqustun 14-də "Bursaspor"la iki illik müqavilə imzalayıb.

